Logo

Təhsil işçilərinin əmək haqqısı necə və kim tərəfindən təyin edilir?

13.07.2024 22:07 400 baxış
IMG

Təhsil  işçilərinin əmək haqqı  və  vəzifə  (tarif) maaşları  işçilərin funksional  öhdəlikləri, peşə  xüsusiyyətləri, ixtisas dərəcəsi və  iş  stajı nəzərə alınaraq  təyin  edilir. Qanunla dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. 

Bəs təhsilverənlərə əlavə ödənişlər nəyə əsasən və kim tərəfindən təyin edilər bilər?

“Təhsil  haqqında  qanun”-dan Təhsilverənlərin sosial müdafiəsi ( Maddə 36) bölməsini təqdim edir:

  1. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
  1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi və elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra  hakimiyyəti orqanı  tərəfindən  müəyyən  edilir
  1. Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur. 
  1. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 
  1. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.

Qeyd edək ki,Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin  funksional  öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq  təyin edilir.

Xəbər lenti