Logo

DİM: İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib

14.07.2024 14:47 275 baxış
IMG

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzdən Tehsil.biz verilən məlumata görə, imtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Xəbər lenti