Xəbər verdiyimiz kimi, Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
Şagirdlər imtahan barədə təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər:
Heydər Əliyev: – Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanda iştirak etdim. İnanıram ki, bu mərhələdə daha yüksək nəticə əldə edəcəyəm. İmtahan prosesi isə çox şəffaf keçdi. Suallar gözlədiyimdən də asan idi. İmtahan verən bütün abituriyentlərə uğurlar arzu edirəm!
Nəzrin Əliyarlı: – Bu gün IV ixtisas qrupu üzrə qəbul imtahanı verdim. İmtahan sualları hazırlaşdığım mövzuları əhatə etdiyindən mənim üçün asan keçdi. Özümə inanıram, inşallah ki, yüksək nəticə əldə edərək valideynlərimi sevindirərəm. Həmçinin arzuladığım universitetdə təhsil almaq imkanım yaranar. Tək istəyim yaxşı həkim olmaqdır. Hər kəsə uğurlar!