Logo

Bakıda 3320 nəfər orta məktəbi fərqlənmə attestatı ilə bitirib

15.07.2024 15:53 510 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 3320 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

XQ xəbər verir ki, onlardan 1383 nəfər ümumi orta təhsil, 1937 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir.

Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Xəbər lenti