Paytaxt məktəblisi Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında lider olub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Monteneqronun Nikşiç şəhərində keçirilən şahmat üzrə turnirə qələbə ilə start verib.
Qeyd edək ki, bu, A.Süleymanlının ilk qələbəsi deyil. Məktəbli bundan öncə beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə “Beynəlxalq ustad” adına layiq görülüb. 2020-ci ildə isə Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib.