Əziz BAYRAĞIM!
Əzəmətlə dalğalandığın Vətən torpağının övladları ağır sınaqdadır. Mənfur düşmənin layiqli cavabı verilir, ulduza hürən köpək kimi dabanına tüpürüb qaçır. Torpaq uğrunda ölən varsa, Vətəndir! - deyən minlərlə oğlun Vətənə xidmət üçün şəhidliyə tələsir!
Bu bir həqiqətdir ki, biz bu dərəcədə Azərbaycan xalqının birliyinin şahidi olmamışdıq. Bu birlik isə birmənalı olaraq Möhtərəm Prezidentimiz İlham Əliyevlə bağlıdır. Cənab Prezidentimizin qətiyyəti, əzmkarlığı, diplomatiyası düşmənin bütün fitnə-fəsadını darmadağın etdi. Xalqımızda heç zaman olmayan qələbə əzmkarlığını yaratdı, qələbənin xoş inam müjdəsini evlərə gətirdi.
Bəli, lider məhz belə olmalıdır. Meydandan qaçandan lider olmaz! Meydandan qaçan sərkərdə qalib olmaz! Meydandan qaçandan Vətən şəhidi, Vətən qazisi olmaz! Biz qürur hissi duyuruq ki, məhz belə bir RƏHBƏRİMİZ var! O xalqa, xalq da ona güvənir! Arxası xalqa söykənən sərkərdənin qalibiyyəti şübhəsizdir! Bz fəxr edirik ki, öz intellekti, hərtərəfli bacarığı ilə bir tulanın arxasında duran nəhəng siyasətçiləri mat qoyan, onların iç üzünü açıb ifşa edən Prezidentimiz var! Xalq bütün ruhu və cismi ilə onu dəstəkləyir! Bir zamanlar əfsanəyə dönmüş “Xalq - Heydər!” aforizmi “XALQ-İLHAM-QƏLƏBƏ!” aformizmi ilə yeni TARİXİ ŞƏRAİTDƏ real bir məzmun alır!
61 yaşım var. Amma bu gün 22 və 28 yaşlı oğullarımdan heç də pis döyüşmərəm, bəlkə də onlardan daha yaxşı vuruşaram. Bu gücü, qüvvəni, təpəri mənə Vətən sevgisindən əlavə, bir də Prezidentimiz İlham Əliyevin qətiyyəti verdi! Açıq gözlə şəhidliyə hazıram. Sabah övladlarım da bu yolda ŞƏHİD olsalar, göz yaşlarımı, dərd və nisgilimi içərimdə boğaram! Fəqət təskinliyim onda olar ki, üçrəngli AZƏRBAYCAN BAYRAĞIMIZIN Qarabağ üzərində əbədi dalğalanmağının şahidi olum!
Ayəddin Əliyev,
Lənkəran Dövlət Universiteti üzrə
İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri.