BSU-nun tələbələri Polşa Respublikasında təşkil olunan beynəlxalq yay məktəbində iştirak edir.
6 – 28 iyul tarixlərində Polşa Respublikasının Akademik Milli Mübadilə Agentliyinin (NAWA) Lublin II John Paul Katolik Universitetində və Çeşin şəhərində təşkil olunan beynəlxalq yay məktəbində Bakı Slavyan Universitetinin (BSU) tələbələri də iştirak edir.Yay məktəbinin məqsədi tələbələrin polyak dilində elmi-praktiki biliklərini artırmaqla yanaşı, Polşa Respublikasının tarixi, mədəni və turizm məkanlarına səyahət edərək mədəniyyətlərarası mübadiləni təşviq etməkdir. Qeyd edək ki, bu tədbir tələbələrə beynəlxalq mühitdə təhsil almaq və yeni təcrübələr qazanmaq imkanı yaradır.