Logo

Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə başlanılır

29.07.2024 20:46 1228 baxış
IMG

Bu gündən peşə təhsili müəssisələrinə 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu prosesinə başlanılır.
 

Peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
 

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
 

Bu ildən Naxçıvan Muxtar Respublikasında da peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron şəkildə həyata keçirilir. 
 

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq. Qəbul planına 9 yeni ixtisas əlavə edilib. 9 peşə təhsili müəssisəsində isə ilk dəfə ikinövbəli tədris həyata keçiriləcək.

 

 

 

Xəbər lenti