Logo

“Baş müəllim” və “Dosent” vəzifələrini tutmaq üçün müsabiqə

30.07.2024 11:55 784 baxış
IMG

Azərbaycan Universiteti “Baş müəllim” və “Dosent” vəzifələrini tutmaq üçün müsabiqə elan edir.

20 iyun 2017

share on facebookshare on whatsappshare on telegram

Baxış sayı: 8678

Azərbaycan Universiteti aşağıdakı göstərilmiş “Baş müəllim” və “Dosent” vəzifələrini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR:

  • Biznes və iqtisadiyyat fakültəsi üzrə: Dosent - 2 yer, Baş müəllim - 2 yer
  • İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi üzrə: Baş müəllim - 1 yer
  • Sosial iş fakültəsi üzrə: Baş müəllim - 1 yer
  • İctimai elmlər kafedrası üzrə: Baş müəllim - 4 yer
  • Xarici dillər kafedrası üzrə: Baş müəllim - 1 yer
  • Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə: Dosent - 1 yer, Baş müəllim - 2 yer

Müsabiqədə iştirak etmək üçün  namizədlər 20.06.2017 tarixdən 20.07.2017 tarixədək Azərbaycan Universitetinin İnsan resursları departamentinə müvafiq ərizə ilə birlikdə aşağıda qeyd olunmuş sənədləri şəxsən təqdim etməlidirlər:

  • Kadrların şəxsi qeydiyyat vərəqəsi;
  • Tərcümeyi hal;
  • Ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;
  • Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

Əgər müsabiqədə iştirak etmək istəyən şəxs Azərbaycan Universitetinin  əməkdaşıdırsa (professor-müəllim heyəti) bu zaman İnsan resursları departamentinə  müvafiq  ərizəni (elmi əsərlərin, kəşf və ixtiraların siyahısı ilə birlikdə) təqdim etmək kifayətdir.

Ünvan: AZ1007
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71

Xəbər lenti