Logo

Məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar

30.07.2024 14:34 780 baxış
IMG

56-cı Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar.

21–30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər. 
 

84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.
 

Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.

 

Xəbər lenti