Logo

Məktəbəhazırlıq qruplarına qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən müəssisələrə sərbəst qəbul başlayır

01.08.2024 12:16 698 baxış
IMG

1 avqust saat 11:00-dan 13 sentyabr tarixinədək uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə sərbəst qəbul aparılacaq.
 

Qeyd olunan tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. 
 

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

 

 

Xəbər lenti