Logo

Sumqayıt Dövlət Universitetini seçən 100 əcnəbi tələbəyə təqaüd veriləcək

05.08.2024 18:02 631 baxış
IMG

Sumqayıt Dövlət Universiteti (SDU) istedadlı beynəlxalq tələbələrin cəlb edilməsinə yönəlmiş yeni təqaüd proqramı elan edib.

 

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.

 

Bildirilib ki, proqram SDU-da seçilmiş ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi almaq istəyən 100 tələbə üçün tam təhsil haqqını əhatə edəcəkdir.

Təqaüd proqramı haqqında məlumat:

 

• Təqaüdün əhatə dairəsi: Bütün təhsil xərcləri

• Say: 100 nəfər

• Müddət: Bakalavr proqramları üçün 4 ilə qədər, magistratura proqramları üçün 2 ilə qədər

• Tədris dili: Azərbaycan dili

 

Qeyd: Azərbaycan dili bacarıqları kafi səviyyədə olmayan namizədlərə kampusda 6 aydan 1 ilə qədər pulsuz Azərbaycan dili dərsləri təklif olunacaq.

 

İxtisaslar:

Bakalavr səviyyəsi üzrə:

- Kimya mühəndisliyi

- Elektrik və elektronika mühəndisliyi

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi

- İnformasiya texnologiyaları

- Kompüter mühəndisliyi

- Riyaziyyat

- Fizika

- Kimya

- Biologiya

- Riyaziyyat müəllimliyi (Tədris ingilis dilində)

- Kimya müəllimliyi (Tədris ingilis dilində)

- Fizika müəllimliyi

- Biologiya müəllimliyi

 

Magistratura səviyyəsi üzrə

- Kimya mühəndisliyi (Polimerlərin kimyəvi texnologiyası)

- Kimya (Üzvi kimya)

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması)

- Biologiya (Mikrobiologiya)

- Kompüter elmləri (Verilənlərin təhlili)

- Kompüter mühəndisliyi (Kompüter mühəndisliyi)

- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (Kibertəhlükəsizlik)

- Elektrik mühəndisliyi (Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi)

- Elektroenergetika mühəndisliyi (Elektroenergetika)

- Biznesin idarə edilməsi (Maliyyə üzrə)

- Biznesin idarə edilməsi (Təhsil üzrə menecment)

 

Müraciət prosesi:

1. Portal.edu.az saytında onlayn ərizə forması doldurulmalıdır.

2. Müraciət edənin akademik nailiyyətlər, karyera məqsədləri və SDU-nu seçmə səbəblərini əhatə edən esse (maksimum 500 söz) “Ad Soyad: "SDU Parlaq Gələcək" təqaüdü” başlığı altında [email protected] elektron poçt ünvanına göndərilməlidir.

3. Son tarix: 30 avqust, 2024-cü il

 

Əlaqə məlumatları:

Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti