Logo

BDU-nun 30 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq

06.08.2024 11:31 686 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 30 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulunun ilkin nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 295 namizədin 30 nəfəri BDU-nun məzunudur. Onlardan 16-sı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 12-si Amerika Birləşmiş Ştatları, 1-i Almaniya, biri isə İsveç Krallığının məşhur universitetlərində təhsil alacaq.

BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri hüquq, dövlət idarəetməsi, fundamental və tətbiqi elmlər, mühəndislik, statistika və verilənlərin təhlili, istimai səhiyyədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Xəbər lenti