Çin azalan doğum nisbətlərini artırmaq üçün növbəti addım atıb.
Mülki İşlər Universiteti, evliliyi əhatə edən mədəniyyəti təbliğ etmək və inkişaf etdirmək üçün yeni “evlilik şöbəsi” yaradacağını açıqlayıb.
Bu ilin sentyabrında Pekində universitetdə açılması planlaşdırılan bakalavr proqramı dövlət mediasına görə “nikahla əlaqəli sənayeləri və mədəniyyəti inkişaf etdirmək üçün peşəkarlar yetişdirmək” məqsədi daşıyır.
Evlilik Xidmətləri və İdarəetmə adlı bölmədə “ailə məsləhəti, dəbdəbəli toy planlaması” kimi mövzular müzakirə ediləcək