"Azərbaycan" qəzetinin 7 iyun 2024-cü il tarixli sayında dərc edilmiş "Kəndimizdəki məktəbin təmirə ehtiyacı var" sərlövhəli oxucu məktubunda toxunulmuş problemə rayon icra hakimiyyətində baxılmışdır.
Məlumat üçün bildiririk ki, Bayramlı kənd E.Orucov adına tam orta məktəb 2024-2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilmiş və aidiyyəti dövlət qurumuna təklifə təqdim edilmişdir.
Təranə BAYRAMOVA,
Tovuz RİH başçısının müavini