Logo

Tanınmış fizika üzrə fəlsəfə doktoru bu gün 58 yaşını qeyd edir.

15.08.2024 11:49 697 baxış
IMG

Bu gün tanınmış ziyalı, ADPU-nun Fizika fakültəsinin müəllimi, fəlsəfə doktoru İsrail Məmmədov 58 yaşını qeyd edir. 
İsrail Məmmədov 1966-cı il avqust ayının 15-də Qərbi Azərbaycanda- Göyçə mahalı Basarkeçər rayonunun Kərkibaş (Şəfəq) kəndində anadan olmuşdur.
1983-cü ildə isə Şəfəq kənd orta məktəbini bitirib.
1991-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Evlidir. Bir oğlu, bir qızı, üç nəvəsi var.


2008-ci ildən ADPU-nun dissertantı olmuş, 2012-ci ilin noyabr ayında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 01.04.07 “Bərk cisim” fizikası ixtisası üzrə “(SnTe)1-x (PrTe)x bərk məhlullarının kinetik xassələri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2014-cü ilin fevral ayından (AAK qərarı ilə ) fizika üzrə fəlsəfə doktorudur.
1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.

"Tehsil.biz" komandası olaraq dəyərli ziyalımızı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.

Xəbər lenti