Logo

Vakansiya seçiminə start verilir

21.08.2024 16:27 413 baxış
IMG

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının vakansiya seçiminə start verilir.

Avqustun 21-də 2024–2025-ci tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib. 

 

Müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayan namizədlər 25 avqust tarixinədək portal.edu.az vasitəsilə 8 vakant yer seçə bilərlər. 

 

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq. 

 

Qeyd edək ki, imtahan mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.

 

Müsahibələrin isə Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

 

 

Xəbər lenti