Logo

II mərhələ üzrə qəbul nəticələri

24.08.2024 13:30 324 baxış
IMG

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri

 

2024–2025-ci tədris ili üçün mərkəzləşdirilmiş qaydada qəbul keçirilən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. Qəbul nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsi vasitəsilə tanış olmaq mümkündür. 

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul olan şagirdlər üçün avtomatik sorğular yaradılıb. “Sorğularım” bölməsi vasitəsilə onların ardıcıllığını izləmək mümkündür. 

 

Şagirdlərin 27 avqust saat 16:00-a qədər qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Həmin tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab olunacaq.

 

Link vasitəsilə keçid balları ilə tanış ola bilərsiniz:https://rb.gy/1a40i8

 

Xəbər lenti