Logo

1 298 tələbəyə təhsil krediti verilib

24.08.2024 14:30 332 baxış
IMG

Yeni tədris ilinin payız semestri üçün 1 298 tələbəyə təhsil krediti verilib.

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün 2 594 nəfər müraciət edib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun bu günə olan statistika ilə bağlı yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, 1 298 nəfərə kredit verilib. Onlardan 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

 

Məlumata görə, 150 müraciətdən imtina olunub.

Xəbər lenti