Logo

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır

05.09.2024 15:07 295 baxış
IMG

Sentyabrın 9-dan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 
 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
 

Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqısına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqısına isə 35 faiz əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqısına tətbiq olunacaq. 
 

Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 883 təhsilverən iştirak edib. Həmin təhsilverənlərdən 21 784-ü (99,5 faiz) uğur qazanıb.

Xəbər lenti