Logo

Konqolu tələbələr BANM-də təhsil alacaqlar

30.09.2024 09:03 276 baxış

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu tədris ilində təhsil alan konqolu tələbələrlə görüşüb.

“Tehsil.biz”in xəbərinə görə, tələbələri təbrik edən rektor bildirib ki, gənclər 5 ildən sonra Konqoda peşəkar mütəxəssis kimi öz ölkələrinə xidmət edəcəklər.

E.Qasımov vurğulayıb ki, tələbələrin Ali Məktəbdə ali təhsil alması SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Konqo Milli Neft Şirkətinin baş direktoru Maixent Raoul Ominga arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” çərçivəsində baş tutub.

Sonra rektor tələbələri ayrı-ayrılıqda dinləyib, onların təklifləri ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, səkkiz konqolu gənc 2024-2025-ci tədris ilində BANM-də Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alacaq.

Xəbər lenti