Logo

Nazir müavini Həsən Həsənli Balakəndə vətəndaşları qəbul edib

01.10.2024 09:39 182 baxış

Sentyabrın 30-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Balakən şəhərində vətəndaşları qəbul edib.  

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  

Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar. 

Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

 

 


 

Xəbər lenti