Oktyabrın 2-də Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.
Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zəruriliyindən danışıb. Seminarın əhəmiyyətini vurğulayan Vüqar Əsgərov dövlət büdcəsində elm və təhsil xərclərinin həcmi barədə iştirakçıları məlumatlandırıb, bir sıra təklif və tövsiyələrini verib.
Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” barədə təqdimatla çıxış edib.
Daha sonra seminar Maliyyə şöbəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələri ilə davam etdirilib.
Seminarın sonunda isə suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.