Logo

Oktyabrın 2-də Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub

03.10.2024 11:52 250 baxış
IMG

18 ölkədən 56 xarici təşkilatın, 110 yerli nəşriyyat-poliqrafiya müəssisənin, eləcə də ali təhsil müəssisələrinin iştirak etdiyi sərgidə UNEC öz nəşriləri ilə təmşil olunub. UNEC Kitabxana İnformasiya Mərkəzinin hazırladığı stenddə universitetin Rəqəmsal nəşriyyatı tərəfindən hazırlanmış nəfis tərtibatlı kitablar, jurnallar, çap məhsulları, eləcə də UNEC müəllimlərinin müəllifləri olduqları kitablar, kitabxana fonduna aid yerli və xarici nəşrlər nümayiş olunub.

UNEC stendi mədəniyyət naziri Adil Kərimli, UNEC rektoru, professor Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, həmçinin abituriyentlər və tələbələr, xarici qonaqlar tərəfindən ziyarət olunub.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilən sərgidə UNEC Dizayn Məktəbinin tələbəsinin canlandırdığı M.Füzulinin obrazı və Dizayn Məktəbinin dahi şairə həsr etdiyi xüsusi guşə sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Sərgi çərçivəsində oktyabrın 7-də UNEC-in dosenti Çinarə Qəhrəmanovanın müəllifi olduğu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyinin və UNEC professoru Şəfa Quliyevin müəllifi olduğu “Liderlik” adlı kitabların təqdimatları da keçiriləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

Xəbər lenti