Logo

ADPU-da "Öyrənəndən öyrədənə"

05.10.2024 22:04 74 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Öyrənəndən öyrədənə” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Pedaqoji Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayan tədbirdə tələbələrin təqdimatında “Uzundərə” və "Karnaval" rəqs kompozisiyaları təqdim olunub. Tələbələrdən Elnur Əhmədovun tarda milli ifası, Ulduz Hüseynovanın ifasında Bəxtiyar Vahabzadənin “Ağ saçlar” şeiri, eləcə də tələbələrin hazırladıqları “Dərs Prosesi-2” adlı musiqili səhnəcik  olduqca maraqla qarşılanıb.
Tədbir ADPU TKTB üzvlərinin xorda ifasında "Əziz müəllimim" mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

Xəbər lenti