Logo

Dərslər təxirə salındı

06.10.2024 06:59 1945 baxış
IMG

İsrailin davam edən təcavüzü ilə əlaqədar Livanda məktəblər və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə qədər təxirə salınıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Livanın təhsil naziri Abbas Hələbi məlumat verib.

“Nazirlik 1,3 milyon şagirdi, eləcə də müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz, buna görə də dərs ilinin başlanması 4 noyabra kimi təxirə salınıb”, - nazir bildirib.

Onun sözlərinə görə, əksər dövlət məktəblərinin, kolleclərin və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

Xəbər lenti