Logo

Xarici diplom və sertifikatların ölkəmizdə tanınması nə deməkdir?

06.10.2024 11:14 2247 baxış
IMG

Tanınma nədir?- xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür.

Tanınma xidməti ödənişlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki, qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.

İstifadə rahatlığını təmin etmək çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqim olunmuş sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür.

Həmin məlumat bazası vastiəsilə, həmçinin, ekspertiza müddətində aidiyyəti yerə təqdim etmələri üçün ərizəçilər tərəfindən əldə olunmuş müxtəlif növ elektron arayışların həqiqiliyini yoxlamaq da mümkündür.

Xəbər lenti