Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024/2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Prezident təqaüdünə layiq görülən gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
Onların siyahısını təqdim edirik:
Gülməliyeva Sevil Rövşən qızı
Səlimova Aysel Ehtiram qızı
Bababəyli Semral Aprel oğlu
Hüseynov Nurlan Fizuli oğlu
Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!