Logo

BSU tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalında uğurlu iştirakı

07.10.2024 11:23 27 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında yüksək nailiyyətlər qazanıblar.

Günel Boyadzadə "Bədii qiraət" nominasiyasında birinci yerə, Cəfər Əliyev "Vokal (müasir)" nominasiyasında ikinci yerə, Nəzrin Vəlizadə isə "Vokal (müasir)" nominasiyasında üçüncü yerə layiq görülüblər.

Bu uğurlar tələbələrimizin yaradıcılıq potensialının genişliyini və BSU-nun istedadlı gənclərin inkişafına verdiyi diqqətin parlaq göstəricisidir.

Xəbər lenti