Logo

Bakı Slavyan Universiteti VAKANSİYA elan edir

07.10.2024 12:02 26 baxış
IMG

Bakı Slavyan Universiteti Maliyyə departamentinin Təhsilalanlarla hesablaşma və bank əməliyyatları şöbəsinin müdiri-mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

•Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsi.

• Müvafiq sahədə (bank əməliyyatları, maliyyə idarəetməsi, mühasibatlıq) ən azı 3 illik iş təcrübəsi.

* Hesablaşma sistemləri, maliyyə qanunvericiliyi, mühasibat standartları və bank əməliyyatları haqqında dərin bilik.

* Məlumatların təhlili, hesabatların hazırlanması və maliyyə problemlərinin həlli bacarığı.

* Təhsilalanlarla, əməkdaşlarla effektiv ünsiyyət qurma bacarığı.

* Mühasibat proqramları və maliyyə analiz alətlərinin istifadəsi bacarığı.

* Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq;

* MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək;

* Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq.

İş şərtlərimiz:

* İş qrafiki: Tam iş günü (5 gün)

* İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi

* Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.

Son müraciət tarixi: 25.10.2024-cü il

Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.CV-lər azərbaycan dilində, mail-da mövzu qismində “Təhsilalanlarla hesablaşma və bank əməliyyatları şöbəsinin müdiri-mühasib ”qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.

Xəbər lenti