Logo

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

07.10.2024 15:48 29 baxış
IMG

Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib.
 

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib.
 

Sonda qalib komandalara mükafatlar təqdim edilib. 
 

Qeyd edək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər

Xəbər lenti