Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev 2024-2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
“Tehsil.biz” xəbər verir ki, Sərəncama əsasən Prezident təqaüdünə layiq görülmüş tələbələrin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci olub.