Fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatları elan edilib.
“Tehsil.biz” xəbər verir ki, bu barədə məlumatı Nobel Komitəsi yayıb.
Məlumata görə, 2024-cü il üzrə sözügedən sahədə Nobel mükafatının qalibləri amerikalı Viktor Ambrus və Qeri Ravkan olub.
Onlar mikroRNT-nin kəşfi və onun genin posttranskripsion tənzimləməsində rolunun tədqiqinə görə bu mükafata layiq görülüblər.