Logo

“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda növbəti seminar keçiriləcək

08.10.2024 10:09 30 baxış
IMG

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə 8 oktyabrda “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Tələbələr üçün təşkil olunacaq seminarda özünü kəşf etmək, tanımaq, yeniyetmə yaş dövrünün psixoloji, fizioloji xüsusiyyətləri, valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə, asılılığın psixoloji aspektləri, asılılığı yaradan səbəblər müzakirə ediləcək və fərdi inkişaf üçün kitab tövsiyələri olunub.

Xəbər lenti