Logo

ADNSU-nun 135 tələbəsi “Code For Future” layihəsində iştirak edəcək

08.10.2024 10:13 504 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin birgə həyata keçirdiyi “Code For Future” layihəsi çərçivəsində 2024-2025-ci yeni tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində payız semestri üzrə tədrisə başlanılıb.

Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 215 tələbəsi ikinci mərhələyə vəsiqə qazanıb. Finalda uğurlu nəticə əldə edən “İnformasiya Texnologiyaları və İdarəetmə” (İTİF) fakültəsinin 3-cü və 4-cü kursunda təhsil alan 135 tələbəsi layihədə iştirak etmək hüququ qazanıb. Layihədə iştirak edən tələbələr veb proqramlaşdırma, sistem administratorluğu və QA mühəndisliyi üzrə dəsrlərdə iştirak edəcək və real layihələr əsasında təcrübə qazana biləcəklər.

Xəbər lenti