Logo

Rövşən Nəcəf: Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır

08.10.2024 16:31 198 baxış
IMG

“Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışı zamanı deyib.

O qeyd edib ki, SOCAR 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir.

“Universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır".

Əqli mülkiyyət sahəsində də elmin inkişafı üçün zəruri platforma olmalıdır. Elmin prestijinin artırılması da çox önəmli bir məqamdır. Elmlə məşğul olmaq istəyən gənclərin ailəsi tərəfindən necə qarşılanması məsələsi üzərində də işləməliyik. Onlar bilməlidir ki, elmlə məşğul olmaq, patentə sahib olmaq da gəlir gətirir. Elmə də insan kapitalı lazımdır”, - deyə R.Nəcəf əlavə edib.

Xəbər lenti