Logo

Anar Əliyev: Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq

08.10.2024 16:46 247 baxış
IMG

Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir.

“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bu gün təhsil və əmək bazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır. Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyimizi planlaşdırırıq”.

Xəbər lenti