Logo

Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (İB ) proqramı təliminə qəbul aparılır

08.10.2024 17:27 38 baxış
IMG

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim–Tədris Mərkəzi Avropa Azərbaycan Məktəbi (AAM) ilə birgə Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (İB ) proqramı təliminə qəbul elan edir.

Təlimin əsas məqsədi:

Əməkdaşlıq çərçivəsində ADPU-nun IV kurs tələbələrinə və magistrantlara İB proqramı və kurikulumu, öyrənmə strategiyası, qabiliyyətəsaslı yanaşma, fərqləndirmə, şagirdlərin dərsə cəlb olunması və qiymətləndirilməsi kimi mövzularda AAM-in direktoru Françesko Bankini tərəfindən keçiriləcək təlim təklif edirik. Bu təlimlər vasitəsilə tələbələr İB proqramı və kurikulumu, beynəlxalq məktəblərdə təlim-tədris prosesinin təşkil olunması mövzuları üzrə bilik və bacarıqlara yiyələnəcək, İB kurrikulumu barədə məlumatlı olacaq və beynəlxaq özəl təhsil müəssəsində işlə təmin olunmaq üçün real namizəd olmaq şansı əldə edəcəklər.

Təlimə qatılmaq üçün əsas şərtlər:

1.Təlimdə yalnız ADPU-nun IV kurs tələbələri və magistrantları iştirak edə bilər.

2. Mütləq şəkildə ingilis dilindən bilik səviyyəsi minimum B2 olmalıdır (Bunu təsdiq edən sənədin pdf formasının təqdim edilməsi).

3. İxtisasdan aslı olmayaraq, bütün IV kurs tələbələri və magistrantlar iştirak edə bilər.

Təlim ingilis dilində keçiriləcək.

Təlim ödənişsizdir.

Qeydiyyat üçün: https://docs.google.com/.../1sH2Lgce7KFXx6Xw.../edit

Xəbər lenti