6 oktyabrda Bakı şəhəri, S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyada biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil edilib. Seçmə imtahanında ötən tədris ilində biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanmış şagirdlər iştirak edib. 90 dəqiqə davam edən imtahanda şagirdlərə həll edilməsi tələb olunan 15 sual təqdim olunub.
Qeyd edək ki, bacarıq və səriştə əsaslı tapşırıqlar mütəxəssislər tərəfindən yoxlandıqdan sonra imtahan nəticələri barədə yaxın günlərdə şagirdlərə məlumat veriləcək.