Logo

“Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal qrammatikası” adlı iki möhtəşəm əsəri çap olunub.

09.10.2024 10:15 242 baxış
IMG

AMEA, Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasovun “Silvestr dö Sasinin “Ümumi qrammatikanın prinsipləri” və Pyer Amede Joberin “Türk dili qrammatikasının əsasları”: Fransız dilindən tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh” və “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal qrammatikası” adlı iki möhtəşəm əsəri çap olunub.

Qızıl tədqiqatlar seriyasından olan bu fundamental əsərlər kompleks tədqiqat işləri kimi Azərbaycan romanşünaslığı, ümumi dilçilik, türkologiya, nəzəri və müqayisəli linqvistika və tərcüməşünaslığa qiymətli töhfədir.

Əsərlərin elmi redaktoru ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti, fil.e.d. Günel Bayramova, redaktorları AMEA, Nəsimi adına Dilçilik İnstitutunun Dil Tarixi şöbəsinin aparıcı elmi işçisi, fil.f.d. Elnurə Abbasova və ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Xədicə Əyyubovadır.

Xəbər lenti