Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı və bir qrup fəal tələbələr ilə M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub və yeni layihələr haqqında diskussiya aparılıb.
Bundan əlavə, jurnalistika ixtisasının I, II, III və IV kurs tələbələri İctimaiyyətlə Əlaqələr, Sosial Media Menecerliyi və Videoqraflıq üzrə təcrübə keçiblər.