Logo

ARTİ satınalmalar üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!

09.10.2024 12:29 240 baxış
IMG

ARTİ satınalmalar üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir!

Uyğun namizədlərə tələblər aşağıdakı kimidir:
• Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
• Dövlət satınalmaları üzrə minimum 3 il iş təcrübəsi;
• Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
• Azərbaycan dili – sərbəst; rus və ya ingilis dili üstünlük hesab edilir;
• Məsuliyyətlilik və hesabatlılıq;
• Analitik düşünmə və qərarvermə qabiliyyəti;
• Problem həll etmə bacarıqları;

Vəzifə öhdəlikləri:
• Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
• Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklif paketinin seçilməsi;
• Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
• Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
• Tədarükçü bazasının müntəzəm yenilənməsi, tədarükçülərin qiymətləndirilməsinin aparılması;
• Sifarişlərin və ümumi prosesin izlənilməsi və sürətləndirilməsi;
• Hesabatların, yekun aktların və digər müvafiq sənəd paketinin alınması və ödəniş üçün icraata verilməsi;

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Tələblərə cavab verən namizədlər başlıq yerində vakansiyanın adını qeyd etməklə CV-lərini (azərbaycan və ya ingilis dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 30 noyabr 2024-cü il

Xəbər lenti