Logo

ADNSU-da Kibertəhlükəsizlik mövzusunda təqdimat keçirilib

09.10.2024 12:50 240 baxış
IMG

Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) tərəfindən Kibertəhlükəsizlik təliminin 5-ci dalğasının təqdimatı keçirilib. 

Təqadimat mərasimində AKM-in əməkdaşları Fərzəli Vəliyev,  Leyla Kərimli və Sənan Novruzlu "Təhlükəsiz gələcəyimizdə sən də iz qoy!" mövzusunda çıxış ediblər, tələbələrə məlumat veriblər.  Kibertəhlükəsizlik üzrə mütəxəssis F.Vəliyev AKM haqqında ətraflı məlumat verib, “Qlobal kibertəhdidlər”  mövzusunda təqdimatla çıxış edib. Təqaimatda gəncləri maraqlandıran  və proqrama qəbul qaydaları haqqında suallar cavablandırılıb. 

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis edilib. Təlimlər xarici mütəxəssislər tərəfindən 6 ay müddətində tam təqaüdlü şəkildə keçirilir.

Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” və “Blue Team”.

Xəbər lenti