Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə görüş keçiriblər. Fondun nümayəndəsi Fatimə Abdullayeva tələbələrə TTKF-nin fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı imkandan yararlanmağa çağırıb. O qeyd edib ki, TTFK-nin əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.