Logo

Kolumbiyanın müvəqqəti işlər vəkili ADU-nun qonağı olub

10.10.2024 09:51 202 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, konsul Andres Felipe Giraldo Lopez ilə görüşüb.

Konsulu rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor əlaqələrin bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. “Səfir saatı” layihəsi haqqında danışan akademik Kamal Abdulla qonağı bu layihədə iştirak etməyə dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında mühazirələr oxuyur, fikir mübadiləsi aparırlar.

 Dəvətə görə təşəkkürünü bildirən konsul Kolumbiyanın Azərbaycandakı səfirliyi ilə ADU arasındakı əlaqələrin yüksək inkişafından məmnun olduğunu bildirib, İspan dilinin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirib.

Görüşdə Kolumbiya ədəbiyyatını tanıtmaq məqsədi ilə Azərbaycan Dillər Universitetində ədəbi-bədii tədbirin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Qeyd olunub ki, Kolumbiyanın tanınmış yazıçıları Laura Restrepo, Martin Gomez, Carlos Eduardo Betancourt ilə görüş tələbə-müəllim heyətində bu ölkənin çağdaş ədəbiyyatı haqqında aydın təsəvvür formalaşdıracaq.

Xəbər lenti