Logo

Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib

10.10.2024 11:01 196 baxış
IMG

Oktyabrın 9-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.  
 

Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zərurəti, bu baxımdan seminarın əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, mühasiblərə təklif və tövsiyələrini verib.
 

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış edərək müvafiq məlumatları və tövsiyələri iştirakçıların nəzərinə çatdırıb, qeyd olunan mövzulara dair geniş müzakirələr aparılıb.
 

Seminar təqdimat və müzakirələrlə davam etdirilib. 
 

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.

 

Xəbər lenti