Logo

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə COP29-la bağlı təhsilalanlar üçün simulyasiya təlimi keçirilib

10.10.2024 14:55 199 baxış
IMG

COP29 çərçivəsində 9 oktyabrda ARTİ-nin təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.

ARTİ əməkdaşı Xalidə Hüseynova və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Leyla Həsənova X sinif üzrə, ARTİ əməkdaşı Ləman Hacıyeva və həmin məktəbin müəllimi Könül Aslanova isə VIII sinif üzrə “açıq dərs” zamanı mövzu ilə bağlı simulyasiya ediblər. ARTİ əməkdaşları tərəfindən şagirdlərə maarifləndirici təqdimat göstərilib, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışılıb, həmçinin Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi, karbon emissiyasının azaldılmasında təbii qazın rolu, “yaşıl enerji”yə keçid, “yaşıl iqtisadiyyat”, “yaşıl zona” mövzuları şagirdlərlə müzakirə edilib və fikir mübadiləsi maraqla qarşılanıb.

Xəbər lenti