Logo

Şəki filialının voleybol komandası şəhər birincisi olub

10.10.2024 16:49 181 baxış
IMG

Oktyabrın 9-da Şəki Dövlət Regional Kollecində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali, orta ixtisas və peşə məktəblərinin komandaları arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda bütün rəqiblərinə qalib gəlməyi bacaran Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının komandası şəhər birinciliyinin qalibi olub. Şəki Dövlət Regional Kollecinin komandası II yerə, Şəki Tibb Kollecinin komandası isə III yerə sahibi olub.

Xəbər lenti