Logo

Milli Kvalifikasiyalar Reyestrinin yaradılması ilə bağlı işçi qrupunun ilkin görüşü baş tutub

10.10.2024 16:54 478 baxış
IMG

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində 4 oktyabrda Milli Kvalifikasiyalar Reyestrinin yaradılması ilə bağlı işçi qrupunun ilkin görüşü baş tutub.

Sözügedən işçi qrupunda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin nümayəndələri təmsil olunub.

Görüş zamanı iştirakçılar Polşanın Milli Kvalifikasiya Reyestri ilə tanış olaraq reyestrdə yer alan kvalifikasiyaların hazırlanması və keyfiyyət təminatı barədə ilkin məlumatlar əldə ediblər. Əlavə olaraq Elm və Təhsil Nazirliyinin nümayəndəsi ölkəmizdəki kvalifikasiyaların təsnifatı üzrə təqdimat nümayiş etdirib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib olunan Peşə və Kvalifikasiya Standartlarının Reyestrinin təqdimatı da həyata keçirilib və işçi qrupu üzvləri reyestrda mövcud olan peşə və kvalifikasiya standartlarını analiz ediblər.

Görüşdə təlimçi qismində layihənin ekspertləri Mariana Mataçe və Beata Çiezka iştirak edib.


 

Xəbər lenti