Logo

Elektron xidmətlər və zəng mərkəzinin fəaliyyəti dayandırılır

10.10.2024 17:40 309 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin “Hökumət buludu”na keçidi ilə bağlı növbəti mərhələnin işlərinə 11 oktyabr saat 18:00-dan etibarən başlanılacaq.

Bu səbəbdən nazirliyin vətəndaşlar üçün nəzərdə tutulan elektron xidmətlər və zəng mərkəzinin fəaliyyəti 13 oktyabr saat 23:59-dək dayandırılacaq.

Qeyd olunan tarixdən sonra növbəti həftə ərzində xidmətlərin yoxlanılması işləri aparılacağından həmin müddətdə də elektron xidmətlərin fəaliyyətində müəyyən fasilələr müşahidə oluna bilər.

Anlayışınız üçün təşəkkür edirik.

Xəbər lenti